Azərbaycanın yeni çempionu 500 min avroluq transfer həyata keçirdi - SON DƏQİQƏ

13:00 Sabah 277
Azərbaycanın yeni çempionu 500 min avroluq transfer həyata keçirdi - SON DƏQİQƏ

“Sabah” çempionluqda önəmli pay sahibi olan sol cinah müdafiəçisi Timoteuş Puxaçı birdəfəlik transfer etmək istəyir.

Almaniya mətbuatı bununla bağlı xəbər yayıb.

Yerli həmkarlarımızın bildirdiyinə görə, Misli Premyer Liqasında cari mövsümün qalibi 27 yaşlı oyunçunun müqavilə ilə məxsus olduğu “Holştayn Kil”lə danışıq aparır.

Polşa millisinin sabiq üzvünün “Sabah”la icarə müddəti 30 iyunda başa çatacaq.

İddiaya görə, növbəti mövsüm Çempionlar Liqasında mübarizə aparacaq təmsilçimiz Puxaçın transferi üçün qarşı tərəfə 1 milyon avro ödəməlidir. Ötən il transfer qiyməti 2 milyon avro olan sol cinah oyunçusu indi 1 milyonla qiymətləndirilir.

Bildirilir ki, “Sabah” rəhbərliyi məbləğdə bir qədər də endirimə çalışır. Səbəbkarın özü ilə hərtərəfli anlaşma əldə olunub.

Cari mövsüm Misli Premyer Liqasında 2 qol və 12 məhsuldar ötürmə ilə yadda qalan Puxaça görə əslində, narahatlıq keçirməyə dəyməz.

“Sabah“ rəhbərliyi bu məsələni artıq həll edib. Saytımıza daxil olan dəqiqə dəqiqə məlumatına görə, “bayquşlar“ apardığı daıvamlı danışıqların nəticəsində “Holştayn Kil”lə ortaq məxrəcə gəlib.

Masazırlılar bu gün polşalı müdafiəçinin transfer hüququna yiyələnib.

Son ölkə çempionu ötən ilin sentyabrından xidmətindən yararlandığı 27 yaşlı əcnəbi üçün Almaniya təmsilçisinə 500 min avroya yaxın ödəniş edib.

SPORTİNFO.AZ

sabah-onun-transferi-ucun-1-milyon-avro-odemelidir

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti