Bu gün Azərbaycan kubokunun final oyunu keçiriləcək.
Həlledici matçda artıq Azərbaycan çempionu adını təmin etmiş “Sabah”la “Zirə” üz-üzə gələcək.
“Sabah” kubokun son qalibidir, “Zirə” isə bunadək 2 dəfə finala vəsiqə əldə etsə də, kuboku qazana bilməyib.
“Bayquşlar“ “Palms Sports Arena”da təşkil olunacaq qarşılaşmada “qızıl dubl“u rəsmiləşdirərsə, qaz vurub, qazan dolduracaq.
Belədə Masazır təmsilçisinin rəhbərliyi futbolçularına 25 min dollar civarında ödəmə edəcək.
Onlar artıq bir böyük mükafat alıblar. Premyer Liqada “Qarabağ“ı qabaqlayaraq, vaxtından əvvəl qızıl medallara yiyələnmiş komandaya çempionluq “ənam“ı verilib.
Uğurda pay sahibi olanların hər biri 50 min dollar irəli düşüb.
SPORTİNFO.AZ

