Azərbaycan çempionunun potensial rəqibləri - Çempionlar Liqasına aid VACİB XƏBƏR

00:40 Sabah 120
Azərbaycan çempionunun potensial rəqibləri - Çempionlar Liqasına aid VACİB XƏBƏR

Azərbaycan çempionu adını təmin edən "Sabah" tarixində ilk dəfə ölkəmizi Çempionlar Liqasına təmsil edəcək.

Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda 2026/27 mövsümündə mübarizəyə 1-ci təsnifat mərhələsindən qoşulacaq.

Bu mərhələdə ümumən 28 komanda çıxış edəcək və onlar hər birində 14 olmaqla iki səbətə bölünəcəklər.

"Sabah"ın reytinq xalı az olduğundan "səpələnməmişlər" səbətində yer alacaq. Artıq Azərbaycan çempionunun potensial rəqibi olacaq 14 komandadan 10-u məlumdur.

Bunlar "səpələnmişlər" səbətinə düşən “Şemrok Rovers” (İrlandiya), “KuPS” (Finlandiya), “Drita” (Kosovo), “Linkoln” (Cəbəllüttariq), “Boraç” (Bosniya və Herseqovina), “Vikinqur” (İslandiya), “Kayrat” (Qazaxıstan), “Riqa” (Latviya), “Klaksvik” (Farer adaları) və “Flora”dır (Estoniya).

Daha 4 rəqib isə hələlilk qeyri-müəyyəndir. Bu səbətə “Larne” (Şimali İrlandiya), “Petrokub” (Moldova), TNS (Uels), “İnter Eskaldes”in (Andorra), Ermənistan çempionu, Rumıniya çempionu və Macarıstan çempionunun düşmək ehtimalı da var.

Püşkatmada Azərbaycan və Ermənistan çempionları bir-birinə rəqib ola bilməzlər.

Çempionlar Liqasında 1-ci mərhələnin püşkü iyunun 16-da atılacaq. Bu mərhələnin ilk oyunları 7/8 iyul, cavab görüşləri 14/15 iyul tarixlərində keçiriləcək.

"Sabah" təsnifat mərhələsində ev oyunlarını Masazır qəsəbəsindəki stadionda keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti