Premyer Liqanın bombardiri şok hadisəni şərh etdi: "Onu çox yaxşı tanıyırıq"

17:00 Sabah 114
Premyer Liqanın bombardiri şok hadisəni şərh etdi: "Onu çox yaxşı tanıyırıq"

Premyer Liqanın 31-ci turunun sürpriz nəticəsi Masazırda qeydə alındı.

Yeni çempion "Sabah" doğma divarlar arasında autsayder "Kəpəz"ə məğlub oldu - 0:1.

"Bayquşlar"ın vingeri Coy-Lens Mikels Sportinfo.az-a açıqlamasında 7 aylıq fasilədən sonra gələn yenilgidən danışıb:

"Çətin oyun oldu. İlk hissədə üstün tərəf biz idik, normalda, bu dominantlıqla qol vurmalıydıq.

Lakin qarşımızda rəqib komandanın qapıçısı Yusif İmanov vardı. Onu çox yaxşı tanıyırıq. Bu gün həqiqətən əla, qüsursuz çıxış etdi.

"Kəpəz" ikinci yarıda da bütün komanda ilə cərimə meydançasının önündə müdafiə olunurdu. Təəssüf ki, qol vura bilmədik. Bir səhv etdik, bu da məğlubiyyətə səbəb oldu".

Almaniyalı hücumçu hazırda 19 qolla Premyer Liqanın bombardiridir.

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti