“Sabah” çempionluqdan sonra… Masazırdan VİDEOREPORTAJ

00:40 Sabah 80
“Sabah” çempionluqdan sonra… Masazırdan VİDEOREPORTAJ

Azərbaycan Premyer Liqasının XXXI turunda “Sabah” və “Kəpəz” komandaları üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən qarşılaşmada Gəncə təmsilçisi çempionluğu əvvəlki turlarda təmin etmiş Masazır klubunu 1:0 hesabı ilə məğlub edib.

Oyunda yeganə qolu 46-cı dəqiqədə Rəham Hacıyev vurub.

Buna qədər yalnız III turda “İmişli”yə uduzan (0:1) “bayquşlar” II məğluniyyətini yaşayıb.

Bu nəticədən sonra xallarını 27-yə çatdıran Azər Bağırovun komandası turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Daha əvvəl çempionluğu təmin edən Valdas Dambrauskasın rəhbərlik etdiyi “Sabah”ın isə 75 xalı var.

"Sabah" - "Kəpəz" 0:1

“Bank Respublika Arena”, 750 tamaşaçı
Baş hakim: Elvin Bayramov
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov
Dördüncü hakim: Kamran Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Sarı vərəqələr: Andrey Santos, 55 (qeyri-idman hərəkəti); İqor Noqeyra, 63 (qeyri-idman hərəkəti); Abdulax Xaybulaev, 71 (qeyri-idman hərəkəti) // Dioqo Verdaska, 57 (qeyriidman hərəkəti)
Qol: Rəhman Hacıyev, 46
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 5 dəq

“Sabah”
92. Stas Pokatilov (k)
17. Tellur Mütəllimov
6. Abdulax Xaybulaev
9. Xəyal Əliyev
20. Coy Lens Mikels
(99. Patrik Mbina, 65)
40. İqor Noqeyra
80. Akim Zedadka
(2. Amin Seydiyev, 65)
3. Stiv Solvet
(53. Andrey Santos, 46)
70. Cesse Sekidika
7. Umarali Raxmonaliyev
(22. Zinedin Uld Xaled, 65)
83. Stefen Ende
(11. Kahim Parris, 74)
Ehtiyat oyunçular:
55. Nicat Mehbalıyev
94. Rəvan Mirzəmmədov
89. Cəfər Muxtarov
21. Velko Simiç
19. Aron Maluda
Baş məşqçi: Valdas Dambrauskas

“Kəpəz”
33. Yusif İmanov
7. Ehtiram Şahverdiyev
(80. Şahnur İsmayılov, 90+2)
5. Rauf Hüseynli
88. Şakir Seyidov
(99. Əli Səmədov, 87)
11. Rəhman Hacıyev
6. Camal Cəfərov
(24. Olavale Onanuqa, 46)
29. Dioqo Verdaska (k)
12. Mahamadu Ba
(77. Fərid Nəbiyev, 46)
14. Adama Fofana
(17. Ümid Səmədov, 87)
4. Mate Abuladze
10. Ryonosuke Ohori
Ehtiyat oyunçular:
22. Məmməd Hüseynov
81. Elgün Bayramov
20. Elcan Əbilov
66. Arzu Atakişiyev
21. Sadiq Şəfiyev
57. Amur Yusifov
83. Raul İsaqov
Baş məşqçi: Azər Bağırov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti