Çempionatın başa çatmasına 3 tur qalmış çempionluğu rəsmiləşdirən “Sabah” 31-ci turda “Kəpəz”i qəbul edəcək.
Bu komandalar arasında baş tutan oyunların gərginliyi ilə seçildiyini nəzərə alsaq, “tələbələr”i “asan gəzinti” gözləməyəcəyi dəqiqdir.
Valdas Dambrauskasın komandası elitada qalmaq uğrunda mübarizə aparan rəqiblə qarşılaşmaya itkilərlə çıxacaq.
Aleksey İsayev, Rəhman Daşdəmirov, İvan Lepinitsa – bu oyunçuların heç biri “Kəpəz”ə qarşı oynaya bilməyəcək.
Aleksey “Karvan-Yevlax”la dueldə aldığı qırmızı vərəqəyə görə cəzalı duruma düşübsə, Rəhmanla İvan sarı vərəqə limitini doldurub.
Maraq üçün bildirək ki, “Sabah” ötən tur “Şamaxı” ilə oyuna da itkilərlə çıxmışdı. Aleksey İsayev, Akim Zedadka və Abdulax Xaybulaev qarşılaşmanı kənardan izləmişdi.
Mayın 8-də “Bank Respublika Arena”da baş tutacaq görüşün start fiti saat 19:30-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ

