“SABAH” - Məhsuldar da bizik, məğlubedilməz də!

6 May 23:20 Sabah 72
“SABAH” - Məhsuldar da bizik, məğlubedilməz də!

Misli Premyer Liqasında çempionluğu təmin edən “Sabah” səfərdə məğlubiyyətsizlik seriyasını davam etdirib.

Sportinfo.az xəbər verir ki, qəsəbə təmsilçisi 30-cu turda “Şamaxı” səfərindən də 3 xalla dönməyi bacarıb.

Valdas Dambrauskasın yetirmələri bununla cari mövsüm qonaq meydanında keçirdiyi 15-ci görüşdə də uduzmayıb. Komanda son 4 səfər oyununun hamısında qalib gəlib.

“Sabah” ümumilikdə 12 səfər matçından 3 xalla dönübsə, 3 dəfə rəqibləri ilə “sülh” bağlayıb. Komanda qonaq olduğu qarşılaşmaların 9-da 3 və daha çox qol vurub.

Dambrauskasın kollektivi rəqiblərini 38 dəfə mərkəzə dəvət edibsə, özü 12 qola məyus olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti