Misli Premyer Liqasının 30-cu turunun “Şamaxı” ilə keçirilən görüşündə (3:0) zədə alan “Sabah”ın legioneri Timoteuş Puxaçın durumu açıqlanıb.
Sportinfo.az xəbər verir ki, polşalı müdafiəçinin zədəsi ciddi deyil.
Onun növbəti turda “Kəpəz”lə matçda meydana çıxıb-çıxmayacağı sual altında olsa da, Bizon Azərbaycan Kubokunun finalında “Zirə”yə qarşı oynayacağı dəqiqdir.
“Sabah”ın “Kəpəz”lə çempionat oyunu mayın 8-də, “Zirə” ilə kubok matçı isə mayın 13-də keçiriləcək.

