“Sabah”ın Çempionlar Liqasının növbəti mövsümündə 2-ci təsnifat mərhələsindəki daha 3 potensial rəqibi müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu bunun üçün ilk raundu keçməlidir.
1-ci təsnifat mərhələsində hansı səbətdə qərarlaşacağı qeyri-müəyyən olan Valdas Dambrauskasın yetirmələri turnirə uğurlu başlanğıc etsə, 2-ci raundda səpələnməmişlərdə qərarlaşacaq. Belədə təmsilçimiz püşkatma zamanı güclülərdən biri ilə qarşılaşmalı olacaq.
Həmin güclülər arasında “Srvena Zvezda” (Serbiya), “Dinamo” (Zaqreb, Xorvatiya) və “Omoniya”nın (Kipr) olacağı artıq dəqiqdir.
Yarışa 2-ci raunddan qoşulacaq digər komandalardan “Tyun” (İsveçrə) və “Myolbü” (İsveç) isə 2-ci səpələnməmişlərdə qərar tutacaq.

