Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Sabah" heyətinə əl gəzdirməyə başlayıb.
Yeni transferlə olacağı qaçılmazdır.
Amma bununla paralel gedənlər də olacaq.
Onlardan biri artıq bizə məlumdur.
Bu, Zinədin Uld Xaledindir.
Valda Dambrauskas uzun müddət zədədən əziyyət çəkən dayaq yarımmüdafiəçisi ilə yola davam etməkdə maraqlı deyil.
25 yaşlı orta sahəsinin klubla müqaviləsi növbəti mövsümün sonuna qədər nəzərdə tutulub.
Erkən ayrılıq təzminat bahasına başa gələ bilər.
Fransanın "Anje" klubunun yetirməsi "bayquşlar"a ötən yay qoşulub.
O, burada meydana çıxdığı 15 görüşdə heç nə ilə yadda qalmayıb.
XANOĞLAN / SPORTİNFO.AZ

