Bu da “Sabah”dan…

01:20 Sabah 102
Bu da “Sabah”dan…

Misli Premyer Liqasının cari mövsümündə 450-ci qol vurulub.

Sportinfo.az xəbər verir ki, yubiley qolu 30-cu turun “Şamaxı” – “Sabah” (0:3) oyununa təsadüf edib.

Dünən baş tutan matçın 37-ci dəqiqəsində hesabı açan qonaqların fransalı müdafiəçisi Stiv Solvet mövsümdə 450-ci qolun müəllifi olub.

Bu mövsüm hələ ki, ümumilikdə 453 qol vurulub ki, bunun 106-sı yerli, 334-ü əcnəbi futbolçuların aktivinə yazılıb.

13 dəfə isə avtoqol qeydə alınıb. Hesablama zamanı 4-cü turun “İmişli” – “Sumqayıt” oyunundakı 0:3 hesablı texniki məğlubiyyət nəzərə alınmayıb.

Cari mövsüm 400-cü qolu “Sabah”ın digər oyunçusu Coy-Lens Mikels vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti