Kölgədə qalan əcnəbi - Baş məşqçi onu necə çözdü?

10 May 23:45 Sabah 174
Kölgədə qalan əcnəbi - Baş məşqçi onu necə çözdü?

"Sabah" fantastik mövsüm keçirdi.

Əksər oyunları birnəfəsə uddu.

Əksəriyyət daha çox Puxaç, Simiç və Maluda üçlüsünü önə çəkir.

Düzdü, hər biri səviyyəli legionerlərdir.

Oyunun taleyini təkbaşına həll edəcək potensialları var.

Ayrı-ayrılıqda hər biri çempionluqda böyük pay sahibidi.

Amma mənə görə bir nömrəli qəhrəman Valdas Dambrauskasdır.

"Sabah"ın əvvəlki illərdə də kifayət qədər yaxşı heyəti olub.

Ötənilki heyət rahatlıqla mövsümü ikinci sırada bitirə bilərdi. Amma 5-ci oldu.

Litvalı mütəxəssis əlinin altındakı oyunçuların potensialını düzgün dəyərləndirə, maksimumunu sıxıb çıxara bilir.

İllərdi Qurban Qurbanovun "Qarabağ"da etdiyi kimi.

Bunu bir nümunə ilə göstərək, hər kəsə daha aydın olsun.

Kahim Parris 3 mövsümdü "Sabah"dadır.

Hər zaman deyirdik ki, səviyyəli oyunçudur, amma natamamdır.

Hər şey edir, lakin heç nə ilə yadda qalmır.

Sürət var, dribilinq var, zərbə var.

Amma əsas heyət üzvünə çevrilə bilmirdi

2023/24 mövsümündə 20-si əsas heyətdə olmaqla meydanda olduğu 29 qarşılaşmada adına 4 qol, 6 qol ötürməsi yazdırıb.

Ötən mövsüm 11-i əsas heyətdə olmaqla keçirdiyi 21 matçda cəmi 1 qol, 2 məhsuldar ötürmə müəllifi olub.

Bu mövsüm Premyer Liqada 15-i əsas heyətdə olmaqla 27 görüşə çıxıb. 7 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Bu da sizə bir baş məşqçinin oyunçulara usta toxunuşu...

XANOĞLAN İMANOV / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu