“Sabah” çempionluğu “Qarabağ”ın əlindən bilirsiz necə aldı? – O, danışır...

16:30 Sabah 119
“Sabah” çempionluğu “Qarabağ”ın əlindən bilirsiz necə aldı? – O, danışır...

“Sabah” başa çatmaqda olan futbol mövsümündə sözün əsl mənasında şou göstərdi.

“Tələbələr”in Çempionlar Liqasının Liqa mərhələsində Avropa nəhəngləri ilə mübarizə aparan “Qarabağ”ı Premyer Liqanın və Azərbaycan kubokunun “qızıl”ından məhrum edəcəyini kim düşünərdi?

Lakin yayda yeni baş məşqçiyə - Valdas Dambrauskasa qovuşan və heyətinə çox sayda yeni futbolçular qatan kollektiv bunu bacardı.

Çempionluğu rəsmiləşdirmək üçün “Sabah”a cəmi bir qələbə lazımdır. Kubokun finalındakı rəqib isə “Zirə”dir.

“Sabah” bu yerə necə çatdı? Çempionluğu “Qarabağ”dan almaq üçün xüsusi olaraq nə etdi? Mövsümün əvvəlində finişin belə alınacağına kim inanırdı?

Yarımmüdafiəçi Abdulax Xaybulaev Sportinfo.az-a açıqlamasında uğurun sirrindən söz açıb:

“İnanın mənə, xüsusi heç nə etmirik. Sadəcə, gərgin qrafikdə çalışırıq.

Qarşımıza məqsəd qoymuşuq və həmin məqsədə doğru inamla irəliləyirik. Bilirik ki, işi düzgün quranda və ona məsuliyyətlə yanaşanda məqsədə çatmaq mümkündür.

Əsasən məşqlərdə güc və intensivlik üzərində çalışırıq. Hə, bir də iclaslar zamanı təhlillərə yer veririk.

Bura həm öz oyunumuz, həm də rəqiblərin oyunları daxildir. Peşəkar yanaşma, istək və intizam çox vacibdir”.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti