“Sabah”da 26 qol vuran hücumçu əməliyyata alındı

2 May 02:00 Sabah 969
“Sabah”da 26 qol vuran hücumçu əməliyyata alındı

Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Qarabağ”la cavab görüşündə (1:0) üz sümüyü sınan “Sabah”ın hücumçusu Coy-Lens Mikelsin durumuna aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı almaniyalı cərrahi müdaxiləyə ehtiyac duyub və hazırda vəziyyəti stabildir.

Zədə ciddi xarakter daşımır və yaxın müddətdə yaşıl meydanlara qayıtması gözlənilir.

Coy-Lens Mikels bu mövsüm “Sabah”ın heyətində keçirdiyi 32 rəsmi matçda 26 qol və 10 məhsuldar ötürmə ilə komandanın ən məhsuldar oyunçularından biri olub.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!