“Sabah”ın qapıçısı Stas Pokatilov Qazaxıstan futbol tarixinə düşüb.
Sportinfo.az xəbər verir ki, Masazır klubu Misli Premyer Liqasının qalibi olub.
Hazırda 72 xalla turnir cədvəlinə başçılıq edən qəsəbə təmsilçisi ən yaxın izləyicisi “Qarabağ”ı 13 xal qabaqlayır.
Ağdam klubu dünən 21-ci turdan təxirə salınmış oyunda “Neftçi”yə 1:2 hesabıyla məğlub olub.və “Sabah” tarixində ilk dəfə Azərbaycan çempionluğunu rəsmiləşdirib.
Belədə Pokatilov da Azərbaycan çempionu olan ilk qazaxıstanlı futbolçu ünvanına yiyələnib. O, 2025-ci ilin əvvəlindən “Sabah”da çıxış edir.

