“Neftçi” yenə çempionluğu “Qarabağ”dan aldı, “Sabah”a “hədiyyə” etdi

00:50 Sabah 125
“Neftçi” yenə çempionluğu “Qarabağ”dan aldı, “Sabah”a “hədiyyə” etdi

Azərbaycan Premyer Liqasında 21-ci turun təxirə salınmış mərkəzi qarşılaşması gözlənilməz sonluqla bitib.

Sportinfo.az xəbər verir ki, “Neftçi” öz meydanında “Qarabağ”ı qəbul edib.

Bakılılar son dəqiqələrdə vurduqları qol ilə meydandan 2:1 hesablı qələbə ilə ayrılıblar.

Sözügedən məğlubiyyət hazırda 59 xalla ikinci yerdə qərarlaşan “Qarabağ”ın çempionluq yarışını əldən verib.

Belə ki, bu nəticədən sonra turnir cədvəlinin lideri olan “Sabah” sona bir neçə tur qalmış çempionluğunu rəsmiləşdirib. Bu, “Sabah”ın tarixində qazandığı ilk Azərbaycan çempionluğudur.

“Neftçi” 2021-ci ildə də oxşar ssenari ilə “Qarabağ”ı çempionluqdan etmişdi. Uzun fasilədən sonra “ağ-qaralar” yenidən əzəli rəqiblərini büdrədərək bu dəfə qızıl medalları “Sabah”a “hədiyyə” ediblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!