Çempionluğun bir addımlığında olan “Sabah” Premyer Liqanın 30-cu turunda Şamaxıda yerli komandanın qonağı olacaq.
"Bayquşlar” bu matça ciddi itkilərlə çıxacaq.
Belə ki, komandanın aparıcı futbolçuları Aleksey İsayev, Akim Zedadka və Abdulax Xaybulaev “Şamaxı”ya qarşı oynaya bilməyəcək.
İsayevlə Xaybulaev öncəki matçlarda aldıqları qırmızı vərəqənin cəzasını ödəmək məcburiyyətindədir. Zedadka isə sarı vərəqə limitini doldurub.
“Sabah” bölgədəki görüşü qələbə ilə başa vursa, çempionatın başa çatmasına 3 tur qalmış çempionluğu rəsmiləşdirəcək.
Mayın 3-də Şamaxı şəhər stadionunda gerçəkləşəcək duelin start fiti saat 16:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ

