“Hiss edirik ki, mövsüm ərzində çəkdiyimiz zəhmətin bəhrəsi artıq reallaşır”.
Sportinfo.az xəbər verir ki, bunu “Sabah”ın müdafiəçisi İqor Noqeyra ölkəsi Braziliya mətbuatına açıqlamasında deyib.
31 yaşlı braziliyalı legioner Misli Premyer Liqasında çempionluğa bir qələbə çatmadığını söyləyib:
“Avqustdan bəri məğlubiyyətsizlik seriyasını qorumaq mənə böyük inam verir. Amma bunun əsas payı hər xalın əhəmiyyətini dərk edən bütün komandaya aiddir.
İndi isə son addım üçün soyuqqanlı qalmaq lazımdır. “Sabah”ın səviyyəsini dəyişmək və azarkeşlərə ilk titulu qazandırmaq üçün bir qələbə uzaqlığındayıq”.
“Sabah” 29 turdan sonra 72 xalla turnir cədvəlinə başçılıq edir.

