Premyer Liqanın yeni “ağa”sı bu legionerin transfer hüquqlarına yiyələndi

30 Aprel 11:20 Sabah 954
Premyer Liqanın yeni “ağa”sı bu legionerin transfer hüquqlarına yiyələndi

“Sabah” icarə əsasında heyətinə cəlb etdiyi daha bir futbolçunun keçidini rəsmiləşdirib.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda Premyer Liqanın lideri olan “Sabah” mövsümün əvvəlində “Sivasspor”dan icarəyə götürdüyü Velko Simiçin transfer hüququna sahib çıxıb.

“Sabah” serbiyalı futbolçunu 450 min avroluq transfer etmə şərti ilə bir mövsümlük icarəyə götürmüşdü.

“Sivasspor” Simiçlə qüvvədə olan bir mövsümlük müqaviləsinə xitam verib.

Onun “Sivasspor”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədər qüvvədə idi. Futbolçunun “Sabah”la neçə illik müqavilə imzalaması hələ ki, açıqlanmayıb.

“Sabah” daha əvvəl Aaron Maluda və Umarali Raxmonaliyevin transferini reallaşdırmışdı. Hər iki futbolçu komandada icarə əsasında forma geyinirdi.

31 yaşlı Simiç daha əvvəl “Srvena Zvezda”, “Bazel”, “Domjale”, “Şafhauzen”, “Çiasso”, “Vintertur”, “Zemun”, “Voyvodina”, “Omoniya” klublarında oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer