Sabah”da günün sualı – Göndərək, yoxsa saxlayaq?

28 Aprel 22:20 Sabah 310
Sabah”da günün sualı – Göndərək, yoxsa saxlayaq?

Pavol Şafrankonun “Sabah”dakı gələcəyi sual altındadır.

Slovakiyalı forvardın klubla müqaviləsinin müddəti gələn ay başa çatır.

Cari mövsümün böyük hissəsini zədə səbəbindən boşa verən Pavol hələ də kollektiv məşqlərdən kənarda qalıb. Onun nə vaxt sıraya dönəcəyi, 8-9 aylıq futbolsuzluqdan sonra hansı formada olacağı ciddi sual mövzusudur.

Üstəlik, ortada yaş amili də var.

Noyabrda 32 yaşı tamam olacaq hücumçu ilə daha 2 illik müqavilənin bağlanması da risk sayıla bilər.

Baş məşqçi Valdas Dambrauskasdan olsa, Çempionlar Liqasına daha güclü və risksiz heyətlə gedər. Sadəcə klub rəhbərliyi Şafrankonun “Sabah” üçün etdiklərini kənara atmaq istəmir. Hansısa mənada dəstək vermək barədə götür-qoy edirlər.

Odur ki, digər futbolçulardan fərqli olaraq Pavolun buradakı taleyi sual doğurur. Saxlaya da bilərlər, göndərə də.

Hər halda yaxın həftələrdə səsi çıxacaq.

2017-2020-ci illər aralığında Slovakiya millisinin şərəfini qorumuş ucaboy forvard 2024-cü ilin yayından formasını geyindiyi “Sabah”da bütün yarışlarda 55 oyunda 18 qol vurub, 3 qolun ötürməsini verib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 18:10 Çək və bizə göndər!