“Sabah” Çempionlar Liqasına vəsiqə qazansa... Potensial rəqibləri bilindi

28 Aprel 13:40 Sabah 11 167
“Sabah” Çempionlar Liqasına vəsiqə qazansa... Potensial rəqibləri bilindi

Misli Premyer Liqasında çempionluğun bir addımlığında olan “Sabah”ın Çempionlar Liqasının növbəti mövsümündə potensial rəqibləri müəyyənləşib.

Furtbolinfo.az saytının məlumatına görə, yarışa 1-ci təsnifat mərhələsindən başlayacaq qəsəbə təmsilçisi püşkatma zamanı səpələnməmişlərdə yer alacaq.

Bir sözlə, “Sabah” çempion olsa, qitənin ən nüfuzlu klub turnirindəki ilk püşkatmasına zəiflərin səbətindən qoşulacaq. Artıq 6 mümkün rəqib bəllidir.

Bunlar “Çelye” (Sloveniya), “Şemrok Rovers” (İrlandiya), “KuPS” (Finlandiya), “Linkoln” (Cəbəllüttariq), “Vikinqur” (İslandiya) və “Kayrat”dır (Qazaxıstan). Adıçəkilən komandaların hər biri 1-ci təsnifat mərhələsinin püşkü zamanı səpələnmişlərdə olacaq.

Yalnız Belarus klubu “Vitebsk” “Sabah”la eyni səbətdə yer alacaq. Əgər “Qarabağ” çempion olsa, o zaman “Vitebsk” Ağdam klubunun potensial rəqibi olacaq.

Misli Premyer Liqasında 72 xalla turnir cədvəlinə başçılıq edən “Sabah” ən yaxın izləyicisi “Qarabağ”ı 13 xal qabaqlayır.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!