Misli Premyer Liqasında XXIX turun sonuncu matçı “Sabah”ın üstünlüyü ilə başa çatıb.
Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisi “Bank Respublika Arena”da “Karvan-Yevlax”ı qəbul edib.
Gərgin keçən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.Matçda qolları 49-cu dəqiqədə Patrik Mbina və 55-ci dəqiqədə Aron Maluda rəqib qapısından keçiriblər.
Oyun həmçinin qırmızı vərəqələrlə də yadda qalıb. Qonaqların heyətində Tompson Qavi 36-cı dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
“Sabah”ın futbolçusu Aleksey İsayev isə 64-cü dəqiqədə birbaşa qırmızı vərəqə ilə cəzalandırılaraq komandasını azlıqda qoyub.
bununla da xallarının sayını 72-yə çatdıran “bayquşlar” turnir cədvəlinə başçılıq edirlər.
Masazır təmsilçisi növbəti turda qələbə qazanarsa, çempionluğunu rəsmiləşdirəcək.
“Sabah” – “Karvan-Yevlax” 2:0
“Bank Respublika Arena”, 1000 tamaşaçı
Baş hakim: Kamranbəy Rəhimov
Baş hakimin köməkçiləri: Rəhman İmami, Kərim Zeynalov
Dördüncü hakim: İslam Məmmədov
VAR: Əli Əliyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elman Musayev
Sarı vərəqələr: Akim Zedadka, 75 (qeyri-idman hərəkəti) // Tompson Qavi, 15, 36 (qeyriidman hərəkəti)
Qırmızı vərəqələr: Aleksey İsayev, 64 (ciddi qayda pozuntusu) // Tompson Qavi, 36
Qollar: Patrik Mbina, 49; Aron Maluda, 55
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 2 dəq.
“Sabah”
92. Stas Pokatilov (k)
10. Aleksey İsayev
5. Rəhman Daşdəmirov
21. Velko Simiç
40. İqor Noqeyra
80. Akim Zedadka
(2. Amin Seydiyev, 89)
27. Timoteuş Puxaç
13. İvan Lepiniça
99. Patrik Mbina
(9. Xəyal Əliyev, 73)
7. Umarali Raxmonaliyev
(11. Kahim Parris, 57)
19. Aron Maluda
(70. Cesse Sekidika, 89)
Ehtiyat oyunçular:
55. Nicat Mehbalıyev
94. Rəvan Mirzəmmədov
17. Tellur Mütəllimov
89. Cəfər Muxtarov
53. Andrey Santos
83. Stefen Ende
Baş məşqçi: Valdas Dambrauskas
“Karvan-Yevlax”
99. Pedro Mateuş
6. Vadim Abdullayev (k)
13. Vüsal Məsimov
17. Samir Abdullayev
(16. Rauf Rüstəmli, 61)
5. Emin Rüstəmov
2. Şakil Sno
11. Kayl Spens
(37. Mois Nqvisani, 57)
19. Tompson Qavi
8. Peter Kings
(10. Samuel Durrant, 57)
21. İmani Barker
4. Olavale Doyeni
Ehtiyat oyunçular:
1. Kamran İbrahimov
25. Əmrah Bulud
20. Coy Sleyd Mikels
Baş məşqçi: Füzuli Məmmədov

