Azərbaycan klubu yarım milyona yaxın pul ödəyəcək - Bu transfer üçün

26 Aprel 13:35 Sabah 1 829
Azərbaycan klubu yarım milyona yaxın pul ödəyəcək - Bu transfer üçün

"Sabah" "Sivasspor"dan icarəyə götürdüyü Veliko Simiçlı bağlı qərar verib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının lideri serbiyalı vingerin transfer hüquqlarına yiyələnəcək.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bakı klubu 31 yaşlı yaşlı futbolçu üçün 450 min avro təzminat ödəyəcək.

Veliko Simiç mövsümün əvvəlindən "Sabah"da çıxış edir. Serbiya millisinin sabiq üzvü Masazır təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 12 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!