Azərbaycan klubu “Qalatasaray”da oynamış nigeriyalı ilə müqaviləni uzatmadı

13:00 Sabah 424
Azərbaycan klubu “Qalatasaray”da oynamış nigeriyalı ilə müqaviləni uzatmadı

Bu yay “Sabah“dan ayrılacaq üçüncü futbolçunun kimliyi müəyyənləşib.

“Bayquşlar“ artıq Cesse Sekidikanın xidmətində maraqlı deyil.

Premyer Liqada ilk çempionluğunun biraddımlığında olan Masazır təmsilçisi nigeriyalı yarımmüdafiəçi ilə 1 ay sonra başa çatacaq müqavilənin müddətini uzatmayacaq.

Çünki Valdas Dambrauskas afrikalı legionerin növbəti mövsümlə bağlı planlarında yer almayıb.

Baş məşqçi Türkiyədə “Eskişehirspor”, “Qalatasaray”, “Konyaspor”, “Eyüpspor” və “Umraniyespor”un formasını geyinmiş Sekidikanın artıq rəqabətə tab gətirmədiyi qənaətindədir.

Litvalı mütəxəssis son 3 mövsümü “Sabah“da keçirən 29 yaşlı vingerlə yanaşı, yarımmüdafiəçi Tellur Mütəllimov və slovakiyalı hücumçu Pavol Şafrankonun da gedişinə razılıq verib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti