“Qarabağ”la matçlar fransalıya baha başa gəldi

20:20 Sabah 145
“Qarabağ”la matçlar fransalıya baha başa gəldi

“Qarabağ”la keçirilən oyunlar “Sabah”ın müdafiəçisi Stiv SolvetƏ problem yaradıb.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı fransalı futbolçu həm Misli Premyer Liqasında, həm də Bizon Azərbaycan Kubokunda cəzalı duruma düşüb.

S.Solvet Misli Premyer Liqasının 28-ci turunda “Qarabağ”a qarşı 1:0 hesablı qələbə qazandıqları görüşdə sarı vərəqə alıb.

Bu, onun çempionatda dördüncü xəbərdarlığı olduğu üçün müdafiəçi növbəti turda “Karvan-Yevlax”la oyunu buraxmalı olacaq.

Eyni zamanda futbolçu Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçında da “Qarabağ”la qarşılaşmada sarı vərəqə ilə cəzalanıb.

Nəticədə S.Solvet mayın 13-də “Zirə”yə qarşı keçiriləcək final oyununda komandasına kömək edə bilməyəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!