“Qarabağ”a qarşı həm keyfiyyət, həm də xarakter göstərdik”

12:40 Sabah 94
“Qarabağ”a qarşı həm keyfiyyət, həm də xarakter göstərdik”

“Açığı, bizi çox çətin final oyunu gözləyir.

“Zirə” hər zaman ciddi və güclü rəqib olub, amma biz də özümüzə inanırıq.

Komanda hazırda yaxşı formadadır və düşünürəm ki, mövsümü dubl ilə başa vurmaq üçün real şansımız var”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Sabah”ın legioneri Velko Simiç deyib.

31 yaşlı serbiyalı yarımmüdafiəçi Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Qarabağ” üzərində qazandıqları 2:1 hesablı qələbəni şərh edib:

“Bizim üçün həqiqətən də çox yaxşı oyun oldu. İlk dəqiqələrdən etibarən oyuna nəzarəti ələ aldıq və sona qədər yüksək səviyyədə çıxış etdik.

Düşünürəm ki, bu performansla finala layiq idik. Mövsüm ərzində “Qarabağ”a qarşı oyunlarda həm keyfiyyət, həm də xarakter göstərdik.

Etdiyimiz işin nəticəsi olaraq bu uğuru qazandığımızı düşünürəm”.

Yarımmüdafiəçi oyunun sonunda yaşanan gərginlik və mübahisələrə də münasibət bildirib:

“Oyunsonu epizodu tam görmədim. Ona görə də konkret fikir bildirmək üçün yenidən baxmalıyam.

Amma ilk təəssüratım budur ki, bu, oyunun gedişində baş verən normal gərginlik idi. Məncə, həmin epizodda penalti yox idi”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!