Premyer Liqanın qalibinin adı böyük ölçüdə məlumdur.
“Qarabağ”la prinsipial qarşılaşmada 1:0 hesabı ilə qalib gələn “Sabah” əsas rəqibi ilə xal fərqini 13-ə yüksəldib “qızıl”a bir addım yaxınlaşdı.
Elçin Məsiyevin final fiti “tələbələr”in çempionluğu de-yure rəsmiləşdirdi.
Oyundan sonra “Sabah”ın futbolçularının qələbəni və qapının ağzında olan çempionluğu “Qarabağ”ın meydanında azarkeşləri ilə qeyd etməsi maraqlı görüntülərə səbəb oldu.
Göyün yeddinci qatına qalxan klub və komanda üzvləri özlərinə yer tapa bilmir, sanki necə sevinəcəklərini unutmuşdular. Həqiqətən əsl bayram havası idi.
Eyni hal paltardəyişmə otağına aparan dəhlizdə də müşahidə olundu. Ayrı-ayrı futbolçular aylardır yığılan yorğunluğu və həyəcanı bağırmaqla içindən atmağa çalışır, bununla da “Qarabağ” tərəfə “biz çempionuq” mesajını ötürürdü.
“Sportinfo”nun obyektivinə tuş gələn görüntüləri siz də izləyin.
HƏBİB
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

