Zədə səbəbindən 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin düşərgəsindən ayrılan "Sabah"ın futbolçusu Şahin İbrahimovun durumuna aydınlıq gəlib.
Sportinfo.az xəbər verir ki, 18 yaşlı vingerin çanaq nahiyəsindəki simfiz sümüyündə problem aşkarlanıb.
Ş.İbrahimov təxminən iki həftə müalicə almalı olacaq.
Azərbaycanın U-20 millisi aprelin 26-dək Qəbələdə hazırlıq keçəcək.
2027-ci ildə bu yaş kateqoriyası üzrə dünya çempionatı Azərbaycan və Özbəkistanda təşkil olunacaq.

