"Sabah" ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Qarabağ"ı məğlub edərək (2:1) finala vəsiqə qazanıb.
Görüşün fasilədə şok hadisə yaşanıb.
"Sabah"ın idman direktoru Ramin Həsənov fasilədə hakimlərin otağına qədər gedərək baş hakim Rəvan Həmzəzadəya yüksək tonda "Bizə niyə bu qədər sarı vərəqə verirsən" deyib.
90 dəqiqə ərzində isə Həmzəzadə ciddi səhvlərlə yadda qalıb.
Referi "Qarabağ"ın qapıçısı Mateus Koxalskini fasilə ərəfəsində qırmızı vərəqə ilə meydandan qovub.
Final fitinə saniyələr qalmış isə meydan sahiblərinin qapısına aşkar penaltini verməyib.
XANOĞLAN / SPORTİNFO.AZ

