“Qarabağ”ın penalti tələbinə “Sabah”dan adekvat reaksiya - VİDEO

01:00 Sabah 328
“Qarabağ”ın penalti tələbinə “Sabah”dan adekvat reaksiya - VİDEO

Azərbaycan Kubokunun yarımfinalında “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edərək finala yüksələn “Sabah” rəqib tərəfin hakim qərarlarına etirazına maraqlı reaksiya verib.

Sportinfo.az xəbər verir ki, oyunun son saniyələrində baş verən mübahisəli epizod matçın əsas müzakirə mövzusuna çevrilib.

Ağdam klubunun futbolçuları hakim Rəvan Həmzəzadəni qərəzli qərarda ittiham edərkən, Masazır təmsilçisi susqunluğunu sosial şəbəkədəki paylaşımı ilə pozub.

Belə ki, “Sabah” rəsmi səhifələrində bundan əvvəlki oyunlarda, xüsusilə də “Qarabağ” və “Sumqayıt”la qarşılaşmalarda öz xeyirlərinə təyin olunmayan penalti epizodlarının videolarını yenidən paylaşıb.

Xatırladaq ki, “Sabah” finalda “Zirə” ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi