Azərbaycan Kubokunda finala yüksələn ikinci komanda "Sabah" olub.
Sportinfo.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda evdə "Qarabağ"ı qəbul edən "bayquşlar" 2:1 hesablı qələbəyə sevinib.
"Bank Respublika Arena"da baş tutan matçda Ağdam təmsilçisinin qolunu Kamilo Duran (59) vurub. Meydan sahiblərinin heyətində isə Velko Simiç (78) və Patrik Mbina (87) fərqləniblər.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv görüşün böyük qismini 10 nəfərlə keçirib. Qonaqların heyətində 35-ci dəqiqədə qapıçı Mateuş Koxalski kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.
Tərəflər arasında baş tutan ilk görüşdə 2:2 hesablı heç-heçə qeydə alındığı üçün Bakı klubu adını həlledici mərhələyə yazdırıb.
"Sabah" finalda "Zirə" ilə üz-üzə gələcək. Bakı təmsilçisi ötən gün yarımfinalın cavab oyununda "Turan Tovuz"la qolsuz bərabərə qalıb. İlk dueldə "qartallar" üstün olub - 2:0.
“Sabah” – “Qarabağ” 2:1
“Bank Respublika Arena”, 8730 tamaşaçı
Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Şirmamed Mamedov
Dördüncü hakim: Kamal Umudlu
VAR: Kamranbəy Rəhimov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Sarı vərəqələr: İqor Noqeyra, 11 (hakimin qərarına etiraz); Stiv Solvet, 11 (qeyri-idman hərəkəti); Stas Pokatilov, 17 (hakimin qərarına etiraz); Aron Maluda, 44 (hakimin qərarına etiraz) // Kamilo Duran, 90+5 (hakimin qərarına etiraz); Marko Yankoviç, oyundan sonra, oyundan sonra (hakimin qərarına etiraz); Musa Qurbanlı, oyundan sonra (hakimin qərarına etiraz)
Qırmızı vərəqələr: Mateus Koxalski, 37 (rəqibi aşkar qoldan məhrum etdiyinə görə); Marko Yankoviç, oyundan sonra
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Namiq Hüseynov (“Sabah”), 44 (hakimin qərarına etiraz)
Qollar: Velko Simiç, 79; Patrik Mbina, 88 // Kamilo Duran, 59
Artırılan vaxt: I hissədə 4 dəq; II hissədə 4 dəq.
“Sabah”
92. Stas Pokatilov (k)
10. Aleksey İsayev
20. Coy Lens Mikels
21. Velko Simiç
40. İqor Noqeyra
80. Akim Zedadka
3. Stiv Solvet
27. Timoteuş Puxaç
13. İvan Lepiniça
7. Umarali Raxmonaliyev
(99. Patrik Mbina, 74)
19. Aron Maluda
Ehtiyat oyunçular:
55. Nicat Mehbalıyev
94. Rəvan Mirzəmmədov
17. Tellur Mütəllimov
2. Amin Seydiyev
5. Rəhman Daşdəmirov
6. Abdulax Xaybulaev
9. Xəyal Əliyev
70. Cesse Sekidika
11. Kahim Parris
22. Zinedin Uld Xaled
53. Andrey Santos
Baş məşqçi: Valdas Dambrauskas
“Qarabağ”
99. Mateus Koxalski
27. Toral Bayramov
81. Kevin Medina (k)
8. Marko Yankoviç
20. Kadi Borqes
(10. Abdullah Zubir, 90)
2. Mateus Silva
18. Dani Bolt
15. Leandro Andrade
(97. Fabian Buntiç, 41)
35. Pedro Bikalyo
11. Emmanuel Addai
(22. Musa Qurbanlı, 90)
17. Kamilo Duran
Ehtiyat oyunçular:
89. Amin Ramazanov
55. Bədavi Hüseynov
77. Ramil Şeydayev
9. Joni Montiel
21. Aleksey Kaşuk
24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov

