Azərbaycanda bunu bacaran yeganə komanda onlardır

02:10 Sabah 88
Azərbaycanda bunu bacaran yeganə komanda onlardır

“Sabah” Misli Premyer Liqasında səfərdə məğlubiyyətsizlik seriyasını davam etdirən yeganə komandadır.

Sportinfo.az xəbər verir ki, çempionatın lideri son olaraq 28-ci turda “Qarabağ”ı da onun meydanında üstələyib – 1:0.

Qəsəbə təmsilçisi bu mövsüm keçirdiyi 14 səfər matçının heç birində uduzmayıb ki, bunu bacaran yeganə komandadır.

Valdas Dambrauskasın yetirmələri qonaq olduğu 14 görüşün 11-də qalib gəlib, 3 dəfə bərabərə qalıb. “Sabah” bu qarşılaşmalarda 35 qol vurub, özü 12 dəfə mərkəzə dəvət edilib.

"Sabah” hazırda 69 xalla çempionata liderlik edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi