"Qarabağ"ı finala buraxmasalar, görün, nə qədər qazancaqlar!

18:00 Sabah 240
"Qarabağ"ı finala buraxmasalar, görün, nə qədər qazancaqlar!

Bu gün Azərbaycan kubokunda 1/2 finalın daha bir cavab matçı keçiriləcək.

Bununla da ikinci finalçının adı məlum olacaq.

"Sabah" Masazırda "Qarabağ"la qarşılaşacaq.

Komandalar arasında keçirilən ilk oyun 2:2 hesabı ilə başa çatıb. Bu matçı kubokun erkən finalı da adlandırmaq olar.

Ötən mövsüm Azərbaycan kubokunun finalında da bu komandalar üz-üzə gəlib və "Sabah" 3:2 hesablı qələbə qazanaraq turnirin qalibi olub.

Finala yüksələn komanda həlledici oyunda "Zirə" ilə qarşılaşacaq. "Bayquşlar" yenidən finala vəsiqə qazanarsa, futbolçularına iri məbləğdə mükafat ödəyəcək.

Onun miqdarı bəllidir - adambaşı 20 min manat.

Maraq üçün deyək ki, Premyer Liqanın 28-ci turunda "köhlən atlar"ı 1:0 üstələyən masazırlılar çempionluq yolunda çox önəmli addım atıb.

Tofiq Bəhramov adına Respublika stadionunda qalib gələn komandanın hər bir üzvü 10 min manat irəli düşüb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti