Cari mövsümdə “Sabah”la “Qarabağ” arasında sonuncu, yəni beşinci oyun baş tutacaq.
Premyer Liqa çərçivəsində 3 dəfə üz-üzə gələn komandaların duelindən “tələbələr” üstün ayrılıb (2:1, 3:3, 0:1).
Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk görüşündə komandalar hərəyə 2 qol vurmaqla meydanı heç-heçə ilə tərk edib.
Aprelin 22-də yarımfinalın cavab oyunu çərçivəsində “Sabah” doğma meydanında “Qarabağ”ı qəbul edəcək ki, bu matçın yekun nəticəsinə uyğun olaraq finalçının adına aydınlıq gələcək.
Masazır təmsilçisinin “10 nömrə”si Aleksey İsayev Sportinfo.az-a verdiyi açıqlamada şansları dəyərləndirib:
“Məqsədimiz dəyişməyib. Əvvəl necə idisə, indi də elə - qələbə qazanmaq.
Meydana kimin çıxmasından asılı olmayaraq, qarşımızda duran hədəf hər iki cəbhədə uğur qazanmaqdır. “Sabah” ötən il Azərbaycan kubokunun qalibi adını qazandı.
Növbəti dəfə o ada sahiblənmək pis olmaz. Hər iki komanda üçün çətin matç olacaq.
Bizim kimi “Qarabağ” da kuboka iddialıdır. Gərgin mübarizəli oyun izləyəcəyik.
Proqnoz verməyi xoşlamıram. Aprelin 22-si hər şey məlum olacaq”.
Bu gün “Bank Respublika Arena”da keçiriləcək oyunun start fiti saat 20:00-da çalınacaq.
HƏBİB

