Deyir ki, “Qarabağ”ı finala buraxmaq fikrimiz yoxdur -

14:40 Sabah 151
Deyir ki, “Qarabağ”ı finala buraxmaq fikrimiz yoxdur -

“Sabah” aprelin 18-də “Qarabağ” üzərində qazandığı 1:0 hesablı qələbə ilə çempionluğu böyük ölçüdə rəsmiləşdirdi.

Maraqlıdır ki, komandalar ölkə kubokunda mübarizəni davam etdirir və yarımfinalda bir-birinə rəqibdir.

Premyer Liqada daha 5 oyunun qaldığını nəzərə alsaq, “tələbələr”in hər iki cəbhədə uğur qazanmaq bacarığı şübhə doğurur.

“Qarabağ” isə əksinə, bütün gücünü səfərbər etməlidir ki, Çempionlar Liqasına əldən çıxan vəsiqəni heç olmasa Avropa Liqasına biletlə əvəz etsin. Əks halda Konfran Liqasına yollanmaq riski yarana bilər.

“Sabah”ın və Azərbaycan millisinin yarımmüdafiəçisi Abdulax Xaybulaev Sportinfo.az-a açıqlamasında “Qarabağ”ı finala buraxmaq fikrində olmadıqlarını deyib:

“Çempionatda “Qarabağ” üzərində qazandığımız qələbə geridə qaldı. Onun sevincini yaşadıq və bitdi.

Premyer Liqa başqadır, Azərbaycan kuboku başqa. Hər turnir özünə görə vacibdir.

Çempionata necə yanaşırıqsa, kuboka da o dərəcədə ciddi hazırlaşacağıq. Baş məşqçinin verdiyi tapşırıqları düzgün yerinə yetirib hədəfə çatmağa çalışacağıq.

Məqsədimiz finala yüksəlib Azərbaycan kubokuna sahib olmaqdır. Fikrimcə, bunun üçün gücümüz var”.

Bu gün “Bank Respublika Arena”da baş tutacaq “Sabah” – “Qarabağ” matçının start fiti saat 20:00-da çalınacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti