Azərbaycanda “Qarabağ”ı udan komandaya bir qucaq PUL VERİLDİ!

10:40 Sabah 396
Azərbaycanda “Qarabağ”ı udan komandaya bir qucaq PUL VERİLDİ!

Premyer Liqanın 28-ci turunda «Qarabağ»ı udan «Sabah»ın futbolçularına ödədiyi mükafatın miqdarı məlum olub.

Tofiq Bəhramov adına Respublika stadionunda 1:0 hesablı qələbəyə sevinən «bayquşlar»ın hər bir üzvü 10 min manat qazanıb.

Abdulla Xaybullayevin ilk hissənin sonundu vurduğu qolla 3 xal məqsədinə çatan Masazır təmsilçisi çempionluq yolunda böyük addım atıb.

Valdas Dambrauskasın çalışdırdığı komanda 69 xalla turnir cədvəlinə başçılıq edir. Onlar son 5 tur öncəsi «Qarabağ»ı 13 xal qabaqlayırlar.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti