Premyer Liqanın lideri yerli oyunçusu ilə VİDALAŞIR

20 Aprel 16:20 Sabah 1 948
Premyer Liqanın lideri yerli oyunçusu ilə VİDALAŞIR

Premyer Liqada ilk çempionluğuna doğru gedən «Sabah»ın bu yay vidalaşacağı ikinci futbolçunun kimliyini müəyyənləşdirb.

Masazır təmsilçisi slovakiyalı hücumçu Pavol Şafrankodan sonra Tellur Mütəllimovla yollarını ayırmağı qətiləşdirib.

Dörd ildir «bayquşlar»ın formasını geyinən yarımmüdafiəçi hazırkı durumundan narazıdır. Valdas Dambrauskasın ona az şans verməsi «Qəbələ»nin yetirməsini ruhdan salıb.

Xaçmazlı orta sahə oyunçusu yayda komandasını dəyişmək istəyini klub rəhbərliyinə bildirib və razılıq alıb.

2017-ci ildə 1 dəfə milliyə dəvət almış Mütəllimov indiyədək Premyer Liqada 3 klubun formasını geyinib.

2015-2020-ci illər aralığında «Qəbələ», «Zirə» və «Sumqayıt»ın şərəfini qoruyub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!