"Sabah"ın oyunçusuna göstərilən bu “qırmızı” müzakirə yaratdı - VİDEO

13:35 Sabah 172
"Sabah"ın oyunçusuna göstərilən bu “qırmızı” müzakirə yaratdı - VİDEO

Misli Premyer Liqasının XXVIII turunda "Qarabağ" evdə "Sabah"la aarçılaşıb.

Çempionluğunu taleyinə böyük ölçüdə aydınlıq gətirən matçda bir epizod duqqət mərkəzinə düşüb.

Belə ki, oyunun baş hakimi Elçin Məsiyev matçın 46-cı dəqiqəsində "Sabah"ın yarımmüdafiəçisi Abdulla Xaybulayevi birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıb.

Sosial şəbəkələrdə epizodla bağlı geniş müzakirələr gedib.

Belə ki, azarkeşlərin əksəriyyəti epizodun qırmızı vərəqəlik olmadığını, maksimum sarı vərəqə verilə biləcəyini qeyd edib. Ölkə çempionatında da dəfələrlə oxşar epizodlarda hakimlərin sarı vərəqə ilə keçindiyini görmüşük.

Bunun əksinə, oyunun baş hakiminin bu cür vacib oyunda bu cür şübhəli qərar verməsi bir çoxlarında maraq yaradıb.

"Sabah" ikinci hissəni 10 nəfərlə keçirsə də sonda 1:0 hesablı qələbə qazanaraq "Qarabağ"la xal fərqini 13-ə yüksəldib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!