Mövsümün parlayan gəncində CİDDİ ENİŞ

17:00 Sabah 277
Mövsümün parlayan gəncində CİDDİ ENİŞ

Mövsümün parlayan gənci "Sabah"ın forvardı Xəyal Əliyev oldu.

Ötən mövsümlərdən elita təcrübəsi olan 22 yaşlı oyunçu xüsusilə qış fasiləsindən sonra əla sürət yığdı.

Pavol Safrankonun uzunmüddətli zədələnməsindən sonra Valdas Dambrauskas Xəyala əsas forvard kimi sınamağa başladı.

Ardıcıl 5 oyunda 5 qol vuran "9 nömrə"də son həftələr ciddi eniş var.

Əliyev sonuncu dəfə 1.5 ay əvvəl "Qarabağ"la oyunda fərqlənib.

Elə start heyətində də sonuncu dəfə həmin görüşdə çıxıb.

Zədə səbəbindən bir həftə müalicə alan, komandadan uzaq düşən ön xətt oyunçusu heç cür özünə gələ bilmir.

Sonrakı dövrdə 6 oyunda üst-üstə cəmi 99 dəqiqə meydanda olub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Amma son 5 tur əvvəlki Xəyalı görmək üçün yaxşı fürsət sayıla bilər.

Çempionluğun taleyini həll edən Masazır təmsilçisində növbəti oyunlar formal xarakter daşıyacaq.

Belədə Valdas Dambrauskas rotasiyalara gedə, Xəyal kimi formasından uzaq oyunçulara daha çox meydan verə bilər.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi