“Sabah”da o olmayacaq - Bu axşam “Qarabağ”a qarşı oynamayacaq

17:40 Sabah 252
“Sabah”da o olmayacaq - Bu axşam “Qarabağ”a qarşı oynamayacaq

Premyer Liqanın 28-ci turunun mərkəzi qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Çempionluq uğrunda mübarizə aparan “Qarabağ”la “Sabah” münasibətlərinə aydınlıq gətirəcək.

“Sabah” vacib oyuna ciddi itki ilə çıxacaq.

“Tələbələr” Umarali Raxmonaliyevin xidmətindən istifadə edə bilməyəcək.

Buna səbəb Özbəkistan milli komandasının 22 yaşlı yarımmüdafiəçisinin cəzalı duruma düşməsidir.

Umarali “Sabah”la oyunun 82-ci dəqiqəsində aldığı “sarı” ilə vərəqə limitini doldurub.

Aprelin 18-də Respublika stadionunda gerçəkləşəcək duelin start fiti saat 19:30-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti