Azərbaycanda qalsa, bu klubda çıxış edəcək - SON DƏQİQƏ

16:20 Sabah 562
Azərbaycanda qalsa, bu klubda çıxış edəcək - SON DƏQİQƏ

“Sabah”ın açar oyunçularından olan Velko Simiçin Azərbaycanda qalmaq ehtimalı çoxalıb.

Mövsümün əvvəlində “Sivasspor”dan icarəyə götürülən serbiyalı legionerin müqavilə müddəti iyun ayında başa çatacaq.

Cari mövsümdə “Sabah”ın heyətində parlaq çıxışı ilə diqqət çəkən hücumameyilli yarımmüdafiəçiyə Azərbaycan da daxil olmaqla, bir neçə ölkədən maraq var.

Ancaq balkanlı “Sabah”ın oyun tərzini özünə daha yaxın hesab edir. Hələ Kipr “Omoniya”sından tanıdığı Valdas Dambrauskasın rəhbərliyi altında çalışmaq onun üçün daha xoşdur.

Məhz bu səbəbdən Simiç Azərbaycanda qalacağı təqdirdə, seçimini “Sabah”dan yana etmək fikrindədir.

31 yaşlı futbolçu cari mövsümdə “Sabah”ın heyətində ümumilikdə 29 oyun keçirib, 11 qol vurub, 12 məhsuldar ötürmə edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti