Çempionluq iddiasına kifayət qədər yaxınlaşan bu gedişlə qızıl medalları bayram edəcək.
İstək baş tutsa, bu komanda növbəti avrokubok mövsümündə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək.
Avropanın bir nömrəli klub turnirində uğur qazanmaq üçün hazırkı heyətin qorunması mütləq şərtdir.
Halbuki aparıcı futbolçularının bir neçəsinin “Sabah”la sözləşməsinin müddəti bu ilin iyun ayına qədərdir.
Belələrindən biri də Stas Pokatilovdur. “Çərçivə”də inamlı təsir bağışlayan və müdafiəçilərlə anlaşma səviyyəsini yaxşılaşdıran qazaxıstanlı kiperlə müqaviləni yeniləmək vacibdir.
Stas Sportinfo.az-a açıqlamasında mövzuya münasibət bildirib:
“Bəli, rəsmilərlə bununla bağlı ilkin söhbətimiz olub. Rəhbərliklə danışmışıq, lakin bu gün konkretlilik yoxdur.
Komandada əla ab-hava var, mehriban kollektivə sahibik. Bakı da gözəl şəhərdir, Azərbaycan xalqı istiqanlı və qonaqpərvərdir.
Bir sözlə, burada olmaqdan hədsiz məmnunam. Bu cür məsələlərdə şərtlər, müzakirələr, razılıq vacibdir.
Vaxtı gələndə oturub danışacağıq. Alınacaqsa, yeni müqavilə üçün əl sıxacağıq. Hələ vaxtımız var”.
2025-ci ilin yanvar ayından “Sabah”ın qapısını qoruyan 33 yaşlı qapıçı bu müddətdə 56 oyunda iştirak etməklə qapısından 58 top buraxıb, 17 görüşdə qapısının toxunulmazlığını qorumağı bacarıb.
HƏBİB

