“Sabah”ın müdafiəçisi xarici mediaya danışdı: “Titullara can atırıq”

13:20 Sabah 138
“Sabah”ın müdafiəçisi xarici mediaya danışdı: “Titullara can atırıq”

“Sabah”ın müdafiəçisi İqor Noqeyra Premyer Liqanın 27-ci turunda “Zirə” ilə 2:2 hesablı heç-heçə ilə bağlı fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, “365scores” portalına açıqlama verən braziliyalı futbolçu Premyer Liqada və ölkə kubokunda “Qarabağ”a qarşı keçiriləcək qarşıdakı oyunlara da toxunub:

“Sabah” üçün daha bir qol vurduğum və komandanın bu məğlubiyyətsiz seriyasını davam etdirməsinə kömək etdiyim üçün çox şadam.

Əlbəttə ki, evdə qalib gəlmək istəyirdik, sona qədər mübarizə apardıq və çoxlu qol şansları yaratdıq. Amma keyfiyyətli bir komanda ilə qarşılaşdıq. Xal qazanmaq vacibdir.

Mövsümün son mərhələsinə qədəm qoyuruq və hər matç həlledicidir. İndi bizi “Qarabağ”a qarşı ardıcıl iki oyun gözləyir.

Bunlardan biri kubok finalına vəsiqə qazanmaq üçün olacaq. Buna görə də hər zaman diqqətli olmalıyıq.

Bilirik ki, adımızı klubun tarixinə yazdıra bilərik. Amma indi mövsümü mümkün olan ən yaxşı şəkildə başa vurmaq üçün titullara can atırıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti