“Bəlkə o, nəsə edə bilər” - Premyer Liqanın bombardiri bir nəfərin adını çəkdi

14 Aprel 20:40 Sabah 199
“Bəlkə o, nəsə edə bilər” - Premyer Liqanın bombardiri bir nəfərin adını çəkdi

Premyer Liqanın bombardirlər cədvəlində Coy-Lem Mikels rüzgarı əsməkdədir.

Qol vurmaqdan həzz alan “Sabah”ın hücumçusu komandasını çiyinlərində daşıyır.

Ruanda millisinə də cəlb olunan 32 yaşlı futbolçu cari Premyer Liqa mövsümündə meydana çıxdığı 20 oyunda 17 qol vurmaqla ən sərrast futbolçuların siyahısında ilk pillədə qərarlaşıb.

Mikelsin ən yaxın izləyicisi komanda yoldaşı Velko Simiçdirsə (11 qol), “Neftçi”nin forvardı Bassala Sambunun aktivində 10 top var.

Maraqlıdır, Coy-Lens bombardirliyin əldən çıxacağından ehtiyat edir? Hansı futbolçu onu bu addan məhrum edə bilər? Mövsümün sonuna qədər neçə qol vuracağını təxmin edir?

Səbəbkar Sportinfo.az-a açıqlamasında təhlükə gözlədiyi futbolçunun adını çəkib:

“Ümid edirəm ki, heç kim mənə çata bilməyəcək (gülür). Ancaq bu, futboldur, sürprizlərlə doludur.

Hər şey baş verə bilər. Ən yaxşı şans Velko Simiçdədir.

Bəlkə o, nəsə edə bilər. Velko mənə az qol ötürməsi verməyib.

Mən də ona assist etməyə çalışıram. Önəmli olan “Sabah”ın uğur qazanmasıdır.

Neçə qol vuracağımı təxmin edirəm? Bu sualı 33-cü turdan sonra verərsiz, deyərəm (gülür)”.

Mikels 2021-ci ildən şərəfini qoruduğu komandanın heyətində bütün yarışlarda 132 oyunda meydana çıxmaqla 69 qol vurub, 31 qolun ötürməsini verib.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 Aprel 18:10 Çək və bizə göndər!