“Nə olacaq, necə olacaq - mayda sizinlə birlikdə görəcəyik”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında ”Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayev deyib.
O, “Sabah” üçün çempionluq şansı daha real görünür, yoxsa növbəti dəfə ölkə kubokunun sahibi olmaq” sualına cavabında bunları söyləyib:
”Hər iki cəbhədə mübarizəni davam etdiririk. Gücümüz çatana qədər iddiamızdan əl çəkməyəcəyik.
Premyer Liqada bizi vacib oyunlar gözləyir. Altı tur az deyil.
Kubokda isə “Qarabağ” kimi rəqiblə cavab oyunumuz olacaq. Hədəfə çatmaq üçün əlimizdən gələni edəcəyik.
Lakin indidən böyük-böyük açıqlama vermək istəmirəm”.

