Premyer Liqada Toral Bayramov və Emin Mahmudovdan qabaqda olan kimdir?

17:20 Sabah 108
Premyer Liqada Toral Bayramov və Emin Mahmudovdan qabaqda olan kimdir?

“Sabah”ın hücumçusu Coy-Lens Mikels Misli Premyer Liqasının 2025-26 mövsümündə penaltidən ən çox qol vuran futbolçu ünvanını ələ keçirib.

Sportinfo.az xəbər verir ki, almaniyalı 26-cı turda “Araz-Naxçıvan”la səfər oyununda iki dəfə onbirmetrlik zərbəni dəqiq yerinə yetirməklə buna nail olub.

Mikels millimizin futbolçuları Toral Bayramov və Emin Mahmudovu qabaqlayıb.

Toral “Qarabağ”ın, Emin isə “Neftçi”nin heyətində yerinə yetirdiyi 4 penaltinin hər birini qolla tamamlayıb. Coy-Lens Mikels isə penalti qolunun sayını 5-ə çatdırıb.

Düzdür, Mikels cari mövsüm ağ nöqtə arxasına 5 dəfə keçən ilk oyunçu deyil. “Sumqayıt”ın hücumçusu Aleksandr Ramalinqom da bu sayda zərbə vurub.

Lakin fransalı forvard həmin imkanlardan yalnız 2-də rəqib qapıçısını məyus etməyi bacarıb. Maraqlıdır ki, “Sabah”ın qolçusu “Araz-Naxçıvan”la 9-cu tur matçında da penaltidən bir dəfə fərqlənmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti