“Sabah” bu şahmat paylaşımı ilə “Zirə”ni “qıdıqladı” - VİDEO

11 Aprel 16:20 Sabah 387
“Sabah” bu şahmat paylaşımı ilə “Zirə”ni “qıdıqladı” - VİDEO

“Sabah” bu gün Misli Premyer Liqasının 27-ci turunda üz-üzə gələcəyi “Zirə” ilə matç üçün maraqlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, paylaşımda tərəflər şahmat taxtasında kimin güclü olmasına aydınlıq gətirməyə çalışır.

Daha sonra isə Masazır klubunun təmsilçisi kimin güclü olmasının şahmatda müəyyənləşdirə bilməyəcəklərini deyərək futbol meydanındakı mübarizəyə işarə edir.

Zirəlilərin təmsilçisi də buna hazır olduğunu bildirir.

“Sabah” – “Zirə” matçı bu gün saat 18:00-da “Bank Respublika Arena”da oynanılacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti