“Biz bunu ağlımızdan keçirmirik” - “Sabah”ın əsas adamından önəmli açıqlamalar

14:40 Sabah 95
“Biz bunu ağlımızdan keçirmirik” - “Sabah”ın əsas adamından önəmli açıqlamalar

“Sabah”ın liderlərindən biri, Premyer Liqanın ən sərrast futbolçusu Coy-Lens Mikels Sportinfo.az-a müsahibə verib.

Təcrübəli hücumçu komandasının 4:2 hesabı ilə qalib gəldiyi, özünün dubl etdiyi “Araz-Naxçıvan”la oyundan sonra sualları cavablandırıb.

- “Araz-Naxçıvan”dan bu cür müqavimət gözləyirdiniz?

- “Araz-Naxçıvan” yaxşı komandadır. Keyfiyyətli futbolçuları var. İlk hissədə bizə çətin anlar yaşatmağı bacardılar. Öz səhvlərimizdən iki axmaq qol buraxdıq. Fasilədə söhbətimiz oldu ki, daha sürətli və diqqətli oynamalıyıq. İkinci yarıda “Sabah”a xas olan oyunu nümayiş etdirməklə istəyimizə çatdıq.

- Aprelin 3-də “Qarabağ”la kubok matçı keçirmişdiniz. Sanki 4 gündən sonra “Araz”a qarşı mübarizə aparmaq bir qədər çətin idi.

- “Qarabağ”la matçlarımız yorğunluqdan çox zövq verir. Stadiona 20 mindən çox azarkeşin gəlməyindən həzz alırıq. İlk hissədə etdiyimiz səhvləri nəzərdə tutursunuzsa, bunu yorğunluqla əlaqələndirməzdim. Sadəcə vacib anlarda diqqətsizliyə yol verdik. Problem bundaydı.

- “Sabah”ın çempion olmaması üçün “Qarabağ” nə etməlidir?

- Çətin sualdır. Dediyinizin baş verməsi üçün “Sabah” bir neçə oyunda məğlub olmalıdır. Lakin biz bunu ağlımızdan keçirmirik. Cari mövsümdə yalnız “İmişli”yə uduzmuşuq ki, həmin görüşdə pis oynamışdıq. Bundan sonra yalnız qələbələr haqda düşünəcəyik. Bu şəkildə davam etsək, çempionluğumuza heç kim mane ola bilməyəcək.

- Belə başa düşürəm ki, “Sabah”ın çempionluq şansını yüksək qiymətləndirirsən.

- Xal fərqində öndəyik deyə, taleyimiz öz əlimizdədir. Qarşıda bizi çətin matçlar gözləyir. Həmin oyunlardan üzüağ çıxmaqla titulu qazanmaq istəyirik. Yaxşı nəsə etmək istəyiriksə, bura qədər gəldiyimiz şəkildə davam etməliyik.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti