"Sabah"ın lideri Aleksey İsayevin zədəsi ciddi deyil.
Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçinin XXVII turda keçiriləcək "Zirə" ilə görüşdə şans qazanıb-qazanmayacağı dəqiq bilinmir
Meydana çıxıb-çıxmayacağına oyundan saatlar öncə aydınlıq gələcək.
O, Misli Premyer Liqasının XXVI turunda Mərdəkanda "Araz-Naxçıvan"a 4:2 hesabı ilə qalib gəldikləri matçda zədələnib və fasilədə Aaron Maluda ilə əvəzlənib.

