
Bu mövsüm çempionluq uğrunda mübarizə aparmaq iddiasında olan «Sabah» düşərgəsinə daha bir oyunçu qatıb.
Son günlər transfer bazarında böyük fəallıq göstərən «bayquşlar» yenə ölkə xaricinə üz tutub.
Ölkə kubokunun sahibi Aron Maluda ilə anlaşıb.
19 yaşlı fransalı iki mövqedə çıxış edə bilir. Həm vinger, həm də ikinci hücumçu keyfiyyətlərinə malikdir.
«Sabah» 2005-ci il təvəllüdlü gənclə birillik icarə müqaviləsi imzalayıb. «Lion»un yetirməsi hazırda «Lill»ə məxsusdur.
O, 2021-23-cü illərdə «Renn»in formasını geyinib. Son olaraq isə «Nim»də çıxış edib.
Maluda ilk dəfə 2023-cü ildə Fransanın U-19 yığmasına çağırılıb. Ötən müddətdə 5 dəfə milliyə dəvət alıb.
SPORTİNFO.AZ